Rayonlarda torpaq BAHALAŞIR - VİDEO

Rayonlarda torpaq BAHALAŞIR - VİDEO

Hazırda oxunan: Rayonlarda torpaq BAHALAŞIR - VİDEO
613418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım qeydə alınır. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir.

Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslər deyirlər ki, rayonda satış üçün əlverişli torpaq sahələri o qədər də çox deyil.

Satışa çıxarılan torpaqların əksəriyyəti isə sakinlərin öz həyətlərindən ayıraraq satışa təqdim etdikləri 2-3 sotluq sahələrdir:

Lənkəranda torpaq sahəsi almaq istəyən şəxslər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaqlar isə dənizə yaxın yerləşən sahələrdir.
 

Şəkidə də son illərdə torpaq sahələrinin qiymətləri artıb. Buna səbəb kimi infrastrukturun yaxşılaşması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turistlərin sayının artması göstərilir.


Şəkidə torpaq sahələrinin ən aşağı qiymətləri şəhərin yeni salınan məhəllələrində müşahidə olunur. Bu ərazilərdə hələ də qaz xətti mövcud deyil.

Ən yüksək qiymətlər isə "Dodu" və "Soyuq Bulaq" məhəllələrində qeydə alınır. Burada turizm obyektlərinin çoxluğu qiymətlərə birbaşa təsir göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO