ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirildi – FOTO

ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirildi – FOTO

Hazırda oxunan: ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirildi – FOTO

612943

13 may tarixində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC tərəfindən Biləcəri sahəsində növbəti iməcilik təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu (WUF13) öncəsi keçirilən bu aksiya “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.

Bizim.Media xəbər verir ki, “Gələcək təmiz gələcək” şüarı altında keçirilən iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb.
 

Müvafiq sanitar avadanlıqlarla təchiz olunan əməkdaşlar ərazini, xüsusilə də relslərin üzərini və ətrafını qatarların hərəkət təhlükəsizliyinə risk yaradan məişət tullantılarından təmizləyiblər. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib. 


Bu təşəbbüs ADY-nin ekoloji məsuliyyətinin bir hissəsi olmaqla yanaşı, həm ətraf mühitin qorunmasına, həm infrastrukturun təhlükəsizliyinə, həm də mötəbər qlobal tədbir öncəsi şəhər ekologiyasının dəstəklənməsinə xidmət edir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO