Qurban bayramı yaxınlaşır - Heyvan bazarında qiymətlər necədir?

Qurban bayramı yaxınlaşır - Heyvan bazarında qiymətlər necədir?

Hazırda oxunan: Qurban bayramı yaxınlaşır - Heyvan bazarında qiymətlər necədir?

612942

Qurban bayramına sayılı günlər qaldıqca paytaxt və bölgələrdə qurbanlıq heyvan satışına hazırlıq işləri sürətlənib. Artıq qurbanlıq ət satışı və kəsimi məntəqələrinin fəaliyyət göstərəcəyi ərazilər açıqlanıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hazırda Binə və Şüvəlan qəsəbəsi ərazilərində qoyun və quzunun bir kiloqrama görə diri çəkisi 11 manata, kəsilmiş halda isə 22 manata təklif olunur. Dana ətinin diri çəkisinin 1 kiloqramı 9 manat, kəsilmiş halda isə 18 manatdır.

Regionlarda isə qiymətlər nisbətən daha münasibdir.

Belə ki, Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Ağdaş, Göyçay və Kürdəmir ərazilərində qoyun və quzunun 1 kiloqram görə diri çəkisi 10 manata, kəsilmiş şəkildə isə 20 manata satılır. Dana ətinin diri çəkisi bir kiloqrama görə 8 manat 50 qəpik, kəsilmiş formada isə 17 manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO