Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 41 ölkə pavilyonla iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı görülən işlərlə bağlı media nümayəndələrini məlumatlandırarkən deyib.
Onun sözlərinə görə, WUF13 ilə bağlı "Urban Expo" zonası 3.5 hektar sahəni əhatə edir:
"Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşəcək. Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetrdir".
A.Məmmədov həmçinin bildirib ki, tədbirə 14-ə yaxın ölkənin bələdiyyə nümayəndəsi qatılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:30 / 13.05.2026
Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək
Hazırda oxunan: Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək
Hazırda oxunan: Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək
612875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































