"Bütün dünyanın ən çox ehtiyac duyduğu məsələ sülh və birgəyaşayışdır. Cənab Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüşdə sülh mesajı verdi. Tarixi Zəfərimizin siyasi, geopolitik əhəmiyyəti ilə yanaşı mənəvi cəhətləri də var. Azərbaycan sülh modeli yaradan dövlətdir. Prezidentin də dediyi kimi, biz rgionda sülhün müəllifiyik. Azərbaycan öz gücünə sülh yaradıb və bir nümunəyə çevrilib".
Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada deyib.
Natiq Məmmədli bildirib ki, beynəlxalq media bundan əvvəl heç vaxt sülh çağırışlarına önəm verməyib:
"Cənab Prezidentin Zəngilandakı çıxışı qlobal medianın diqqətini cəlb etdi. Çünki cənab İlham Əliyev vurğuladı ki, burada söz və əməl birliyindən söhbət gedir. Azərbaycan təkcə sülhü şüar kimi səsləndirmir.
Bunun arxasında cənab Prezidentin praktiki addımları dayanır. Bu məsələdə medianın üzərinə düşən məsuliyyət var. Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. İnanırıq ki, media olaraq Prezident İlham Əliyevin çağırışından sonra vəzifələrimizi məsuliyyətlə yerinə yetirəcəyik". (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:23 / 12.05.2026
Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"
Hazırda oxunan: Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"
Hazırda oxunan: Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"
612691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































