Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

Hazırda oxunan: Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

611912

Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. Son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, sürüşmə, əsasən, yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb.

Təhlükə nəzərə alınaraq ikizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.
 

Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.


Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO