Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

Hazırda oxunan: Bakıda 900-dən çox şahmatçının qatıldığı festival başa çatdı - FOTO

611614

"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.

AŞF prezidenti Mahir Məmmədov qalib gələn iştirakçıları təbrik edib. O, "Baku Open"in ənənəvi olaraq 2023-cü ildən təşkil olunduğunu xatırladıb:

"Bağlanış mərasində iştirak edən hər kəsi, o cümlədən fəxri qonaqlarımızı salamlayıram. Bu festival münasibətilə şahmatsevərləri təbrik edirəm. Burada hər yaş qrupundan şahmatçı iştirak etdi. Turnirə rekord sayda iştirakçı qatılmışdı".

Ardınca son 3 ildə baş tutan "Baku Open" turnirlərində ən yadda qalan anları özündə birləşdirən videoçarx nümayiş olunub.

Sonra çıxış üçün gənclər və idman naziri Fərid Qayıbov səhnəyə dəvət alıb. Bütün yarış iştirakçılarını təbrik edən nazir, böyük turnirin arxada qaldığını bildirib:

"Azərbaycanda şahmat ənənələri çox böyükdür. Bu idman növündə böyük nəticələrimiz var. Azərbaycan Şahmat Federasiyası bu idman növünün təbliğatı və inkişafı üçün tədbirlər, yarışlar təşkil edir. Prezident İlham Əliyevin idmana diqqət və qayğısını hər zaman hiss edirik. Bu səbəbdən ölkəmizdə keçirilən yarışlar hər zaman yüksək səviyyədə keçir".
 

Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da öz növbəsində qonaqları salamlayaraq çıxışında bildirib ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Türkiyənin Gənclər və İdman Nazirliyi arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir. O, bu cür şahmat festivallarının iki ölkə arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyini vurğulayıb.


FIDE prezidenti Arkadi Dvorkoviç isə hər zaman olduğu kimi maraqlı yarışa şahidlik etdiklərini bildirərək, bundan sonra da Bakının şahmatın inkişafında mühüm mərkəzlərdən biri olaraq qalacağına inandığını bildirib.

Sonda yer turan idmançılar fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edib. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO