Marketdən toyuq oğurlayan pişik kameraya düşdü – VİDEO

Marketdən toyuq oğurlayan pişik kameraya düşdü – VİDEO

Hazırda oxunan: Marketdən toyuq oğurlayan pişik kameraya düşdü – VİDEO

611560

Türkiyədə yerli supermarketlərdən birində qeyri-adi hadisə baş verib.

Bizim.Media xəbər verir ki, marketin təhlükəsizlik kamerası pişiyin soyuducu vitrindən qablaşdırılmış toyuq məhsulunu götürərək qaçdığı anları lentə alıb.

Kadrlarda pişiyin paketlənmiş toyuğu ağzına alaraq sürətlə marketdən uzaqlaşdığı görünür.

Görüntülər sosial şəbəkələrdə qısa müddətdə viral olub. İstifadəçilər pişiyin bu “cəsarətli əməliyyatını” zarafatla “ana instinkti” kimi şərh ediblər.

Bəzi izləyicilər isə yeməyin böyük ehtimalla pişiyin balaları üçün aparıldığını yazıblar.

Video sosial şəbəkələrdə həm təəccüb, həm də təbəssüm doğurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO