Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

Hazırda oxunan: Zaqatalada elektrik dirəyi evin damına əyilib: Sakinlər təhlükə ilə ÜZ-ÜZƏ

611197

Zaqatala rayonunun Suvagil kəndində təhlükəli vəziyyət yaranıb.

Kənd sakinləri yaşadıqları ərazidəki elektrik dirəyinin evin damına qədər əyildiyini və hər an aşa biləcəyini bildiriblər.

Bizim.Media-nın yerli bürosuna müraciət edən sakinlərin sözlərinə görə, kənd ərazisindəki köhnə və çürümüş taxta dirəklər küləkli və yağışlı havalarda yaşayış evləri, eləcə də digər tikililərin üzərinə əyilir.

“Dirəklərin vəziyyəti olduqca təhlükəlidir. Onlar hər an tam aşa və insan həyatı üçün ciddi təhlükə yarada bilər. Xüsusilə küləkli və yağışlı havalarda ailə üzvlərimizin həyatı risk altında qalır”, - deyə sakinlər bildiriblər.

Kənd sakini Xədicə Əliyeva da bildirib ki, Suvagilin bir sıra küçə və məhəllələrində oxşar vəziyyət müşahidə olunur.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilsə də, hələlik heç bir tədbir görülməyib.

Sakinlərin təqdim etdiyi fotofaktdan da göründüyü kimi, mövcud vəziyyət həm yaşayış evinə ziyan vurmaq, həm də ağır bədbəxt hadisəyə səbəb olmaq təhlükəsi yaradır.

Sakinlər kənd ərazisində ağac və taxta dirəklərin yenilənməsini, təhlükə yaradan halların aradan qaldırılmasını müvafiq qurumlardan xahiş edirlər.

Yerli qurumlar isə məsələdən xəbərdar olduqlarını və problemin həlli istiqamətində aidiyyəti üzrə məlumat verildiyini bildiriblər. Qeyd olunub ki, qarşıdakı günlərdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO