Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

610874

Yazın gəlişi ilə park və məhəllələrdə ağacların, gül kollarının çiçəklənməsi gözəl görünür. Təbii ki, bu gözəlliyə heyran qalmamaq olmur, amma ziyan vurmamaq şərtilə. Bir çox vətəndaş bunun cərimə ilə nəticələnə biləcəyindən xəbərsizdir. Düşünürlər ki, bir gül dərməklə heç nə olmaz. Amma tək bir gül belə cibinizə ziyan verə bilər.

Son günlər paytaxt və bölgələrdə çiçəklərə ziyan vurulması ilə bağlı hallara dəfələrlə rast gəlinib.

Bu xoşagəlməz hallar sadəcə qeyri-etik deyil, həm ekoloji, həm də inzibati məsuliyyət yaradır.

Yeri gəlmişkən, hazırda mövsümü olan Yasəmən kolları həm ucuzluğuna, həm də gözəlliyinə görə alıcıların diqqətini çəkir. Rusiyada bu ağacın güllərini qırıb qoparmaq vurulan ziyana görə hesablanır. Səbəb də göstərilir ki, dövlətə məxsus torpaqlarda bitən ağaclardan dərilib. Bakının məşhur çiçəkçi küçəsi sayılan 28 May ətrafı dükanlardan maraqlandıq. Bildirildi ki, satışda olan Yasəmən çiçəklərinin əksəriyyəti idxaldır, cüzi hissəsi öz həyətlərində bitən fərdi şəxslərin sayəsində təmin olunur.

Bəs yaşıllıqlara ziyan vurmağın cəriməsi nə qədərdir?
 

İctimai yerlərdə gül, kol və ya ağaclara ziyan vurmaq əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 244 maddəsinə əsasən ağacların, kolların, güllərin qırılması, zədələnməsi və ya məhv edilməsi inzibati xəta hesab olunur və cərimə ilə nəticələnir.


Sadəcə sabit cərimə məbləği yoxdur. Adətən bu, vurulan ziyanın dəyərinə görə hesablanır, bitkinin növü və sayı nəzərə alınır. Yalnız daha ağır hallarda, əgər ziyan böyükdürsə, yaxud nadir bitkilərə aiddirsə onda məsələ daha ağır məsuliyyətə, hətta cinayət işinə keçə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO