GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

Hazırda oxunan: GENERALA yeni elmi ad verildi

610812

Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.

Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov “professor” elmi adı alıb.

Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.

General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.

Qeyd edək ki, “Hərbi bilik” jurnalının redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO