Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

Hazırda oxunan: Azərbaycanda tikinti sahəsində icazə prosedurları müzakirə olunub- FOTOLAR

610720

Mayın 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə müvafiq dövlət orqanlarının və özəl şirkət rəhbərlərinin iştirakı ilə tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsi keyfiyyətinin artırılması, habelə bu sektorda fəaliyyət göstərən sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə platformanın yaradılması məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud problemlər, təqdim olunan layihələrin keyfiyyət səviyyəsinin artırılması imkanları, qanunvericiliyin tələbləri və normativlər, Komitə tərəfindən yaradılmış “e-tikinti” elektron icazə portalı üzərindən işlərin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin inşasına və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirilib.

Müzakirələrin yekununda qeyd olunan istiqamətlər üzrə məsələlərin operativ həll edilməsi məqsədilə dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin müntəzəm keçirilməsi barədə razılıq əldə olunub.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO