Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Hazırda oxunan: Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

610683

Marketlərdə qida məhsulu alarkən çoxumuz qablaşdırmanın üzərində yazılan tərkib hissələrinə göz gəzdiririk. Lakin bəzən siyahıda yer alan ifadələr məsələn, askorbin turşusu, natrium benzoat, müxtəlif E kodları hər kəs üçün aydın olmur.

Bu hala ən çox enerji içkilərində hətta meyvə şirələrində rast gəlinir.  Əslində isə bu maddələrin bir çoxunun daha sadə və anlaşılan qarşılığı var. Bu halda istehlakçıya məlumatın daha mürəkkəb formada, kimyəvi terminlərlə təqdim olunması insanlarda sual yaradır.

Qida eksperti Ağa Salamov bu məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, etiket qaydaları qanunlar çərçivəsində hazırlanır.

Bu qanunlar da çox vaxt kimyəvi ad ya da E kodları tələb edir:

“Qida etiketləri beynəlxalq qaydalara əsasən hazırlanır. Maddələr dəqiq və qarışıq tanıdılmalı, hər ölkədə eyni maddə eyni adla başa düşülməlidir. Elmi adlar yanlış anlaşılmanın qarşısını alır. Məsələn, C vitamini addır amma askorbin turşusu onun dəqiq kimyəvi formasıdır.

Bu isə labarotoriyada nəzarət sistemi üçün çox vacibdir. Laboratoriyada standart yoxlanışlar var ki, maddə elmi adı ilə yoxlanılır. Şəkər deyəndə də çox şey başa düşülə bilər- qlükoza, fruktoza, saxaroza. Bunların 3-ü də fərqli şəkərlərdir. Bu halda o, “şəkər” yazıla bilməz”.

Bəs, elmi adların yanında əlavə olaraq açıqlaması yazıla bilərmi?

A. Salamov bu məsələyə də aydınlıq gətirib:

“Yazıla bilər amma yazılmır. Çünki etiketdə yer məhduddur. Burada marketinq dövrəyə girir. Hüquqi baxımdan bəzən minimum yer tələb olunur. Çünki, yazı çoxalanda xırda olur və oxunmur”.

Ekspert son olaraq qeyd edib ki, bu gün bütün dünyada E kodları tanınır və bu standart hər yerdə tələb olunur. Burada istehlakçı özü maariflənməlidir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO