Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasında – FOTO

Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasında – FOTO

Hazırda oxunan: Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasında – FOTO

610599

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki,burada qonaqlar azad edilmiş Xankəndidə Azərbaycan tərəfindən tətbiq olunan səhiyyə sahəsindəki texnologiyalarla tanış ola biliblər.

Nümayəndə heyəti, həmçinin burada təhsil alan tibb universiteti tələbələrinin hazırlıq prosesi ilə tanış olub.

Klinikanın baş direktoru Samir Babayev qonaqlara universitet haqqında məlumatı verib.
 

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.


Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO