“Azeronline”a yeni Baş müdir təyin edilir

“Azeronline”a yeni Baş müdir təyin edilir

Hazırda oxunan: “Azeronline”a yeni Baş müdir təyin edilir
610596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın aparıcı internet provayderlərindən biri olan “Azeronline LTD” BM-ə, yeni Baş müdir təyin olunur. Bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir.

Fərid Salamov telekommunikasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir.

O, bu təyinatadək “Aztelekom” MMC-də Kommersiya departamentinin direktoru vəzifəsində çalışaraq, şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına, məhsul portfelinin inkişafına, eləcə də satış və müştəri təcrübəsinin təkmilləşdirilməsinə rəhbərlik edib.
 

Yeni vəzifəsində Fərid Salamov “Azeronline”ın inkişafının növbəti mərhələsinə rəhbərlik edəcək. Bu çərçivədə əsas diqqət şəbəkə imkanlarını və yüksək keyfiyyətli genişzolaqlı internet xidmətlərinin genişləndirilməsinə, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verilməsinə yönələcək.


“Azeronline” Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafında mühüm rol oynayır. Şirkət fiber-optik genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsini dəstəkləməklə yanaşı, ölkə üzrə rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına töhfə verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO