Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

Hazırda oxunan: Komitə sədri: “Azərbaycanda bu göstərici 65, Rusiyada 25 faizdir”

610549

“Bu qanun layihəsi ölkəmizin həm də yeni mərhələyə hazırlığı üçün hüquqi baza yaradır. ÇünkiAzərbaycan həm beynəlxalqq ticarət sistemində iştirak üçün indiyə kimi çox böyük işlər görüb, infrastruktur yaradıb. Bu gün müzakirə etdiyimiz dəyişikliklər isə bunun üçün hüquqi baza yaratmış olur”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bu gün Azərbaycan dünya ticarət sisteminə inteqrasiya səviyyəsinə görə öncül yerlərdən birini tutur.

Bunun əsas meyarı xarici ticarət dövriyyəsinin ümumi daxili məhsulda payı ilə müəyyənləşir. Azərbaycanda bu göstərici 65 faizə gəlib çıxır. Qazaxıstanda bu 47%, Türkiyədə 38%, Rusiyada 25 %-dir. Bu onu göstərir ki, ölkəmiz dünya ticarət sisteminə inteqrasiya olunduqca bunun üçün adekvat, uyğun reqlamentlər də müəyyənləşməlidir. Sənədin də əsas fəlsəfəsi ticarətin asanlaşdırılmasıdır” – sədr qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO