“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək – İlham Əliyevdən FƏRMAN

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək – İlham Əliyevdən FƏRMAN

Hazırda oxunan: “ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək – İlham Əliyevdən FƏRMAN

609889

2026-cı il martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO