Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.
Sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödəniləcək (bank xərcləri daxil olmaqla).
Eyni zamanda Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:26 / 28.04.2026
Keşlədə su basan evlərin sakinlərinə maddi yardım VERİLƏCƏK
Hazırda oxunan: Keşlədə su basan evlərin sakinlərinə maddi yardım VERİLƏCƏK
Hazırda oxunan: Keşlədə su basan evlərin sakinlərinə maddi yardım VERİLƏCƏK
609856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































