Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

Hazırda oxunan: Aliment alanlara ünvanlı sosial yardım DÜŞÜR?

609338

Azərbaycanda sosial təminat sistemindən yararlanmaq istəyən vətəndaşlar arasında ən çox müzakirə olunan məsələlərdən biri də aliment alan şəxslərin ünvanlı dövlət sosial yardımı hüququdur.

Xüsusilə, son dövrlər aliment ödənişlərinin gecikməsi və ya ümumiyyətlə həyata keçirilməməsi ailələrin maddi vəziyyətinə ciddi təsir göstərir və bu da sosial yardım məsələsini daha аktual edir.

Mövcud qanunvericilik bu hallara necə yanaşır və aliment alan şəxsə sosial yardım düşürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən hüquqşünas Mehman Muradlı vətəndaşın işləməsi və eyni zamanda aliment almasının onun avtomatik şəkildə sosial yardımdan məhrum edilməsi demək olmadığını bildirib.

“Əsas məsələ ailənin ümumi gəlirinin dövlət tərəfindən müəyyən edilən ehtiyac meyarını keçib-keçməməsidir. Bəzi hallarda vətəndaş məhkəmə qərarı olsa belə, alimenti faktiki olaraq ala bilmir.
Belə vəziyyətdə şəxs icra şöbəsinə müraciət edir və alimentin ödənilmədiyinə dair rəsmi sənəd əldə edir. Məsələn, 4 ay və ya daha artıq müddətdə aliment alınmırsa, bu hal nəzərə alınır.”

Mehman Muradlının sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarının mövcudluğu sosial yardım almaq üçün hüquqi maneə yaratmır.

Lakin sosial yardımın təyin edilməsi zamanı ailənin real gəlirləri, o cümlədən faktiki olaraq əldə edilən vəsaitlər əsas götürülür. Nəticə etibarilə, əgər ailənin adambaşına düşən gəliri yaşayış minimumundan aşağıdırsa və ehtiyac meyarına uyğundursa, aliment alan şəxs də ünvanlı dövlət sosial yardımı ala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO