Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Hazırda oxunan: Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

609166

Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.

Bizim.Media xəbər verir ki, nəticədə hər iki şəxs torpaq altında qalıb.
 

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib.


Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub.

"Bu insanın işi deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya işlərinə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı?" - deyə o əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO