Bakıda balta ilə polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi – VİDEO

Bakıda balta ilə polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi – VİDEO

Hazırda oxunan: Bakıda balta ilə polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi – VİDEO

608859

Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib.

Qeyd edilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan əvvəllər dəfələrlə məhkum olunan Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO