Oğuzda qanunsuz ağac kəsənlər SAXLANILDI – FOTO

Oğuzda qanunsuz ağac kəsənlər SAXLANILDI – FOTO

Hazırda oxunan: Oğuzda qanunsuz ağac kəsənlər SAXLANILDI – FOTO

608237

Oğuz rayonunun Xaçmazqışlaq və Yaqublu kəndlərində qanunsuz ağac kəsməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacını kəsməkdə və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulmaqda şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.
 

Həmçinin rayonun Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb.


Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO