Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Hazırda oxunan: Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

608133

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.

Bizim.Media Milli.az-a istinadən xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan 'papain' fermenti proteinlərin parçalanmasını asanlaşdıraraq həzm sistemini gücləndirir.

Cəmi bir meyvə gündəlik C vitamini ehtiyacının iki qatından çoxunu qarşılayır. Eyni zamanda yüksək dərəcədə A vitamini, kalium və lif ehtiva edir.

Anti-inflamatuar xüsusiyyətləri sayəsində bədəndəki iltihablanma proseslərinə qarşı mübarizə aparır və xolesterolu tarazlayır.
 

Papaya sadəcə mətbəxlərdə deyil, kosmetika sektorunda da əvəzolunmaz xammaldır. Meyvənin fermentləri dəridəki ölü hüceyrələri təmizləmək və dəri tonunu bərabərləşdirmək qabiliyyətinə malikdir. Bu səbəbdən bir çox təbii dəri baxımı məhsullarının tərkibinə daxil edilir.


Meksika və Orta Amerika mənşəli olan bu meyvə 16-cı əsrdən başlayaraq İspanya və Portuqaliyalı səyyahlar vasitəsilə dünyaya yayılıb. Hazırda Türkiyənin cənub sahillərində də mikroklimat bölgələrdə sınaq məqsədilə istehsalına başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO