Zaqatalada ağacəkmə aksiyası - FOTO

Zaqatalada ağacəkmə aksiyası - FOTO

Hazırda oxunan: Zaqatalada ağacəkmə aksiyası - FOTO

607916


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində aprelin 18-də Zaqatalada keçirilən ağacəkmə aksiyası zamanı şəhər ərazisində 300-dək Eldar şamı və sərv ağacı əkilib. Əkilən ağaclar suvarılıb və tinglərə aqrotexniki qaydada qulluq göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Aksiyada rayon rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Eyni zamanda, yaşıllaşdırma üçaylığı çərçivəsində həmin gün şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən yaşıllıq ərazilərdə təmizlik işləri də aparılıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO