Bu evlər hər an ÇÖKƏ BİLƏR

Bu evlər hər an ÇÖKƏ BİLƏR

Hazırda oxunan: Bu evlər hər an ÇÖKƏ BİLƏR

607914

Paytaxtın Səbail rayonunda yerləşən yaşayış evlərindən bəziləri ciddi təhlükə ilə üz-üzə qalıb.

Ərazidə baş verən torpaq sürüşməsi nəticəsində yolun bir hissəsi çöküb, həyətyanı sahələrdə və hasarlarda isə iri çatlar yaranıb. Mövcud vəziyyət yuxarı hissədə yerləşən evlərin aşağıdakı tikililərin üzərinə uçmaq riskini artırır.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, söhbət Bayıl qəsəbəsi, Badamdar yolu üzərində yerləşən 15B və 5D ünvanlarından gedir.

Bildirilir ki, burada təxminən 10 mənzilin sakinləri təhlükəli şəraitdə yaşamağa məcburdurlar.

Onların sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər.

Buna baxmayaraq, sakinlərin köçmək üçün alternativ yerləri olmadığından, riskə baxmayaraq evlərində qalmağa davam edirlər.

Sakinlər qeyd edirlər ki, bu cür hallar ilk dəfə baş vermir. Daha əvvəl də oxşar təhlükəli vəziyyət yaranıb və onlar imkan daxilində özləri müəyyən qabaqlayıcı tədbirlər görüblər.

Məsələ ilə bağlı açıqlama verən Fövqəladə Hallar Nazirliyi bildirib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, vəziyyət sənədləşdirilərək akt tərtib olunub və aidiyyəti üzrə yerli icra hakimiyyətinə təqdim edilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı müvafiq qurumlara rəsmi şəkildə müraciətlər göndərilib və problemin həlli istiqamətində addımlar atılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO