Bakının mərkəzində sirli işarə: mənası sizi təəccübləndirəcək – FOTO

Bakının mərkəzində sirli işarə: mənası sizi təəccübləndirəcək – FOTO

Hazırda oxunan: Bakının mərkəzində sirli işarə: mənası sizi təəccübləndirəcək – FOTO
607832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər Bakının mərkəzi küçələrində peyda olan qeyri-adi işarə maraq doğurub.

Bizim.Media “Globalinfo.az”a istinadla xəbər verir ki, xüsusilə müxtəlif obyektlərin qarşısında görünən bu element sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
 

Sözügedən işarə bərbərxana simvolu, yəni beynəlxalq dildə “barber pole” adlanır. Bir çoxları üçün sadəcə dekorativ element kimi görünən bu işarə əslində yüzilliklərə söykənən bir tarixə malikdir.


Qədim dövrlərdə bərbərlər yalnız saç kəsməklə kifayətlənmirdilər. Onlar eyni zamanda kiçik cərrahi prosedurlar, diş çəkimi və hətta qanalma (hacamat) kimi tibbi xidmətlər də göstərirdilər.

Məhz buna görə də bu simvolun rəngləri təsadüfi deyil:

- Qırmızı – qanı,

- Ağ – sarğı bezlərini,

- Mavi – damarları təmsil edir.

Adətən elektriklə işləyən bu qurğuların daxilində fırlanan silindr və xüsusi işıqlandırma sistemi olur. Bu isə uzaqdan belə diqqət çəkməyə və bərbərxananın açıq olduğunu göstərməyə kömək edir.

Qlobal miqyasda bu simvol kişi bərbərxanalarının ən tanınan nişanlarından biri hesab olunur. Paytaxt Bakıda isə son günlərdə populyarlaşmağa başlayıb.

Bakının mərkəzində sirli işarə: mənası sizi təəccübləndirəcək – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO