Balqabaq düzgün hazırlanma və ölçülü istifadə zamanı qanda şəkərin təhlükəli sıçrayışlarına səbəb olmur. Lakin xəstəliyin son mərhələsində qaynadılmış balqabağın böyük porsiyalarından çəkinmək tövsiyə edilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Qazeta.ru”ya “Medicina” (akademik Roytberq klinikası) səhmdar cəmiyyətinin endokrinoloqu Natalya Tananakina məlumat verib.
Həkimin sözlərinə görə, balqabaq vitaminlər, minerallar, lif və antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur.
Mütəxəssis qeyd edib ki, düzgün istifadə olunduqda balqabaq müalicəvi qidalanmanın dəyərli komponentinə çevrilir.
Ekspert bildirib ki, çiy balqabaq ən aşağı qlisemik indeksə (Qİ) malikdir. Qlisemik indeks məhsuldakı karbohidratların qanda şəkəri nə dərəcədə sürətli və güclü artırdığını göstərir.
Şəkərli diabet zamanı qlükozanın kəskin artımı arzuolunmazdır.
“Çiy balqabağın Qİ-si 25–30 təşkil edir. Bu, məhsulun təhlükəsiz olduğunu və yavaş mənimsəndiyini göstərir. Qİ-si 50–55 olan sobada bişmiş balqabaq nəzarətli miqdarda qəbul edilə bilər. Qaynadıldıqda və püre halına salındıqda isə Qİ 65–75-ə qədər yüksəlir – belə yeməklər həddindən artıq qəbul edildikdə qanda şəkəri əhəmiyyətli dərəcədə artıra bilər”, – deyə endokrinoloq bildirib.
Həkim əlavə edib ki, diabetin dekompensasiya mərhələsində porsiya ölçüsünə xüsusi diqqət yetirilməlidir.
Bu mərhələdə qanda şəkərin səviyyəsini insulinlə tənzimləmək çətinləşir.
Bununla belə, mütəxəssis vurğulayıb ki, istiliklə işlənmiş balqabağın qlisemik indeksi yüksək olsa da, porsiyada karbohidratın az olması səbəbindən qlisemik yük aşağı olaraq qalır. Buna görə də 100–150 qram həcmində, hətta qaynadılmış balqabaq belə qlükozanın kəskin artımına səbəb olmur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:04 / 18.04.2026
İllərdir doğru bilinən YANLIŞ – Şəkər xəstələri bu qidanı rahatlıqla yeyə bilər
Hazırda oxunan: İllərdir doğru bilinən YANLIŞ – Şəkər xəstələri bu qidanı rahatlıqla yeyə bilər
Hazırda oxunan: İllərdir doğru bilinən YANLIŞ – Şəkər xəstələri bu qidanı rahatlıqla yeyə bilər
607811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































