Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR

Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR

Hazırda oxunan: Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR

607592

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, rəhbər heyət hərbi qulluqçuların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
 

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara cavab verən bütün imkanlar mövcuddur.


Müdafiə naziri şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinin daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu vurğulayıb.

Sonda hərbi hissənin təlim şəhərciyində olan heyət hazırlıq məşğələlərinin keçirilməsini izləyib, artilleriya vasitələrinin vəziyyəti və istismarı ilə də maraqlanıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO