İdeal YAZ PƏHRİZİ – Bu məhsulları mütləq qida rasionuna daxil edin

İdeal YAZ PƏHRİZİ – Bu məhsulları mütləq qida rasionuna daxil edin

Hazırda oxunan: İdeal YAZ PƏHRİZİ – Bu məhsulları mütləq qida rasionuna daxil edin

607520

Yaz mövsümü qidalanmanı yeniləmək və qış rasionundan tədricən çıxmaq üçün əlverişli dövr hesab olunur.

Bizim.Media “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə “Lapino Fitnes” bağ klubunun məşqçi-nutrisoloqu Yuri Brabeçan məlumat verib.

Mütəxəssisin sözlərinə görə, qışdan sonra insanlarda tez-tez yorğunluq yaranır, immunitet zəifləyir, dəri solğun görünür.

Bunun qarşısını almaq üçün o, rasiona yaz məhsullarının daxil edilməsini tövsiyə edib. Bunlara cəfəri, şüyüd, ispanaq, yaşıl soğan, keşniş, müxtəlif yarpaq salatları, turp, xiyar, erkən yerkökü, çuğundur, kələm (o cümlədən turşu kələm), həmçinin dondurulmuş brokkoli və gül kələmi daxildir.

Brabeçan qeyd edib ki, tez-tez diqqətdən kənarda qalan ikinci vacib qrup süd məhsullarıdır.

Kefir, şəkərsiz təbii yoqurt, qatıq, ryajenqa və kəsmik orqanizmi zülal və kalsiumla təmin etməklə yanaşı, bağırsaq mikroflorasını dəstəkləyir. Onun sözlərinə görə, mikrofloranın vəziyyəti isə birbaşa olaraq immunitetə, vitaminlərin mənimsənilməsinə və hətta əhval-ruhiyyəyə təsir göstərir.

Əgər qış aylarında rasionda omeqa-3 yağ turşuları az olubsa, mütəxəssis skumbriya, siyənək, qızılbalıq, forel, hek və mintay kimi balıqların menyuya əlavə edilməsini tövsiyə edib.

O bildirib ki, omeqa-3 güclü iltihabəleyhinə təsirə malikdir və ürək-damar sistemi, oynaqlar, həmçinin dəri üçün faydalıdır.

Bundan əlavə, toyuq və bildirçin yumurtalarının da rasiona daxil edilməsi məsləhət görülür. Onlar tam dəyərli zülal, xolin və yağda həll olunan vitaminlərlə zəngindir. Yaz aylarında alma, kivi və sitrus meyvələri — portağal, qreypfrut, mandarin də faydalıdır. Eyni zamanda, C vitamini və antioksidantlarla zəngin olan dondurulmuş qara qarağat, albalı, çiyələk və moruq da yaxşı seçim sayılır.

Mütəxəssis bildirib ki, yazda rasionun əsasını dənli və paxlalı bitkilər təşkil etməlidir.

Qarabaşaq, yulaf, arpa yarması, qəhvəyi düyü, eləcə də lobya, mərci, noxud və yaşıl noxud orqanizmi davamlı enerji ilə təmin edir, qanda şəkərin kəskin artımının qarşısını alır və liflə bitki mənşəli zülal mənbəyi kimi çıxış edir.

Sonda o vurğulayıb ki, yaz yorğunluğu və baş ağrıları çox vaxt susuzlaşma ilə əlaqədar olur. Bu səbəbdən gün ərzində kifayət qədər su qəbul etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO