Masazırda gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər – VİDEO

Masazırda gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər – VİDEO

Hazırda oxunan: Masazırda gənc qızlar yolda motosikletlə təhlükəli hərəkətlər etdilər – VİDEO

606968

Sosial şəbəkələrdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir neçə gənc qızın motosikletlə təhlükəli hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, qəsəbənin Əliağa Vahid küçəsində hərəkət edən 3 motosikletin sürücülərinin və sərnişinlərinin motodəbilqə taxmaması, digər hərəkət iştirakçılarına əsassız irad bildirməsi məlum olub.

DİN-in Baş DYP İdarəsindən bildirilib ki, sosial mediada yayılan görüntülərlə bağlı araşdırma aparılır:

“DYP olaraq bir daha motosiklet sürücülərinə müraciət edərək, idarəetmə zamanı yol hərəkəti qaydalarına ciddi riayət olunmasına, mütləq qaydada motodəbilqədən və digər qoruyucu vasitələrdən istifadəyə çağırırıq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO