BDU-da ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkilinə dair müzakirələr aparılıb - FOTO

BDU-da ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkilinə dair müzakirələr aparılıb - FOTO

Hazırda oxunan: BDU-da ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkilinə dair müzakirələr aparılıb - FOTO

606452
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkili” mövzusunda elmi seminar keçirilib.
 
Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi Sevda Məmmədova mövzu ilə bağlı məruzə edib. Məruzədə qlobal informasiya mühitinin yaratdığı şəraitdə ali məktəb kitabxanalarının müasir modelinin tələblərindən bəhs olunub. Vurğulanıb ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasının günü-gündən artdığı çağdaş dövrdə ali məktəb kitabxanalarında oxuculara elektron informasiya xidmətlərinin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Araşdırmada müasir dövrdə ali məktəb kitabxanalarının elektron sənəd-informasiya təminatı və bütünlükdə informasiya massivinin prioritet istiqamətləri təhlilə cəlb edilib. Məruzədə həmçinin modern ali məktəb kitabxanalarının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar da diqqətə çatdırılıb. 
 
Elmi seminar müzakirələrlə davam edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO