Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Hazırda oxunan: Xırdalan sakinlərinə ŞAD XƏBƏR
606286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.

Bəs, tikinti işləri nə yerdədir?

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda tunelin tikintisi qrafikə uyğun olaraq tam sürətlə davam etdirilir:

“Tunelin tikintisi artıq tamamlanmaq üzrədir. Hava şəraiti imkan versə, tikinti işləri aprelin sonuna qədər yekunlaşdırılacaq”.
 

Nəzərə alaq ki, tikinti işləri yekunlaşdıqdan sonra avtomobillərin qısa yolla Bakı-Şamaxı yoluna çıxışı təmin ediləcək. Üstəlik, Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları tam bərpa olunacaq və sərnişinlər ənənəvi olaraq bu istiqamətdə qatarla təhlükəsiz və rahat səfər edəcəklər.


Qeyd edək ki, avtomobil tunelinin tikintisi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir və paytaxtın və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xidmət edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO