Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Hazırda oxunan: Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR
604701
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əks olunur.

Milli Etalon Vaxtı - UTC (AZ)-ın nümayişi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın göstərilməsini təmin edir, vətəndaşlara saatlarını buna uyğun şəkildə tənzimləmə imkanı verir.

Bizim.Media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) məlumat yayıb.
 

Bildirilib ki, bununla bağlı sözügedən qüllənin yaxınlığında ziyarətçilərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı stend də quraşdırılıb.


“Saat qülləsi”ndə UTC (AZ)-ın göstərilməsi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişi ilə yanaşı, vətəndaşların saatlarını tənzimləyə bilməsi məqsədini daşıyır.

Qeyd edək ki, Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən 2025-ci ilin noyabr ayında təsdiq olunub, ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO