
- A-
- A
- A+
Ağdamda minaya düşən Ceyhun Abbasovun SON DURUMU
Xəbər verdiyimiz kimi, Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Ağdamda mina partlayışı – Yaralanan var
Hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Naibə Məmmədova, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































