Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Hazırda oxunan: Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO
603160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və MPQ üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
 

Qeyd edilib ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışığı ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib.


Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxslər, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Müvəkkilin səlahiyyətləri, Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət qaydası izah olunub.

Yekunda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO - foto 1
Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO - foto 2
Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO