AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Hazırda oxunan: AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO
602579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları Novruz bayramı münasibətilə respublikamızın müxtəlif şəhər və rayonlarında uşaqlar üçün silsilə bayram tədbirləri təşkil edirlər.

Bizim.Media xəbər verir ki, şənliklər çərçivəsində azyaşlılar üçün rəngarəng və əyləncəli proqramlar təqdim olunur, müxtəlif oyunlar təşkil edilir, uşaqlara bayram hədiyyələri verilir.

Bayram tədbirləri Şərqi Zəngəzur və Qarabağ bölgəsində yaşayan uşaqları da əhatə edib.
 

Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdam, Kəlbəcər, Xankəndi və Xocalıda keçirilən şənliklərdə AHİK nümayəndələri uşaqları Novruz bayramı münasibətilə təbrik edib, onların öz doğma torpaqlarında bayramı qeyd etmələrinin xüsusi sevinc və qürur hissi doğurduğunu vurğulayıblar.


Tədbirlərdə həmçinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə respublikamızda uşaqların sağlam, hərtərəfli və Vətənə layiqli vətəndaş kimi yetişməsi üçün yaradılan şəraitdən bəhs olunub.

Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Novruz şənliklərində uşaqlar şeirlər səsləndirib, sevinclərini bölüşüblər.

Tədbirlərin sonunda AHİK tərəfindən azyaşlılara bayram sovqatları təqdim olunub.

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 1
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 2
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 3
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 4
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 5
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 6
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 7
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 8
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 9
AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO