Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO
602394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 19-da Xankəndi şəhərində Novruz bayramı münasibətilə bayram yarmarkası fəaliyyətə başlayıb.

Bu barədə Bizim.Media-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarkada yerli sahibkarlar tərəfindən müxtəlif növ məhsulların satışı həyata keçirilir.


Bu gündən fəaliyyətə başlayan yarmarka martın 24-dək davam edəcək. Tədbir çərçivəsində uşaqlar və gənclər üçün əyləncəli proqramlar da nəzərdə tutulub ki, bu da bayram ovqatını daha da artırır.

Qeyd edilib ki, martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə geniş konsert proqramı və atəşfəşanlıq da təşkil ediləcək.

Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO - foto 1
Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO - foto 2
Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO - foto 3
Xankəndidə bayram yarmarkası fəaliyyətə başladı - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO