Limonlu çay soyuqdəymə zamanı həqiqətən FAYDALIDIRMI?

Limonlu çay soyuqdəymə zamanı həqiqətən FAYDALIDIRMI?

Hazırda oxunan: Limonlu çay soyuqdəymə zamanı həqiqətən FAYDALIDIRMI?
600119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pediatr Pavel Berejanski soyuqdəymə və boğaz ağrısı zamanı tez-tez istifadə olunan limonlu çayın düşündüyümüz qədər faydalı olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, sitrus meyvələrində olan C vitamini həqiqətən də immun sistemini dəstəkləyir. Lakin bu vitamin daha çox profilaktik məqsədlə, yəni xəstəlik başlamazdan əvvəl qəbul edildikdə virus və bakteriyalara qarşı müqaviməti artırır.

Berejanski qeyd edib ki, xəstəlik artıq başlayandan sonra C vitamini qəbul etmək əksər hallarda gözlənilən effekti vermir. Bu səbəbdən soyuqdəymə zamanı limonlu çayın müalicəvi təsirinə həddindən artıq ümid etmək düzgün deyil.

Həkim əlavə edib ki, sitrus meyvələri bəzi hallarda soyuqdəymə zamanı narahatlığı artıra bilər.

Limonun turşuluğu iltihablanmış boğaz və selikli qişanı qıcıqlandıraraq ağrını daha da gücləndirə bilər. Bu səbəbdən belə içkilərdən istifadə edərkən ehtiyatlı olmaq tövsiyə olunur. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO