Naxçıvan Hava Limanında yoxlama – Talıbovun ən sadiq adamı həbs ediləcəkmi?

Naxçıvan Hava Limanında yoxlama – Talıbovun ən sadiq adamı həbs ediləcəkmi?

Hazırda oxunan: Naxçıvan Hava Limanında yoxlama – Talıbovun ən sadiq adamı həbs ediləcəkmi?

599162

Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.

Bu barədə TNS-ə hava limanının əməkdaşları məlumat verib.

Bildirilib ki, qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır.

Qeyd edək ki, Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublikanın ən çox korrupsiyalaşmış orqanlarından biridir.

Vasif Talıbovun ən yaxın adamlarından biri olan hava limanının direktoru Mənşur Gülməmmədli Talıbovlara arxayın olaraq, qanunsuz əməllər törədib.

Son vaxtlar Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub.

16358506412296951885_1000x669

Hava limanının keçmiş işçiləri direktor Mənşur Gülməmmədlinin onları qanunsuz şəkildə işdən çıxardığını, qurumda korrupsiya və rüşvətxorluqla məşğul olduğunu iddia edirlər.

Hava limanının sabiq əməkdaşı Fikrət Məmmədov Mənşur Gülməmmədlinin onu işdən çıxarmamaq üçün 1500 manat pul tələb etdiyini bildirib.

“Mən bu vəsaiti niyə verməli olduğum barədə sual verəndə Mənşur Gülməmmədli bildirdi ki, pul Vasif Talıbova çatdırılacaq. Pulu verməyəcəyim halda məni işdən azad edilməklə hədələdi. Mən də məcbur qalıb tanış insanlardan borc alaraq M.Gülməmmədliyə otağında 30 ədəd 50 AZN verdim”, - Fikrət Məmmədov şikayət məktubunda qeyd edib.

Daha bir şikayətçi isə yazır ki, Mənşur Gülməmmədli hava limanını şəxsi mülkü kimi idarə edib.

Hava limanında sərnişinlərin daşınan yükünə görə qəbz verilməməsi, yükü çox olan sərnişinlərin yükünün başqa sərnişinlərin adına rəsmiləşdirilməsi adi hal alıb. Baqajı olanlardan baqaj pulu alınır, ancaq həmin yük baqajı olmayan sərnişinlərin adına yola salınır. Beləliklə, həmin vəsait mənimsənilir.

Şikayətçi yazır ki, bu yaxınlarda Moskvaya gedərkən onun yükünün daşınması üçün hər kiloqrama 6 dollar tələb ediblər. Halbuki uçuşu həyata keçirən “Utair” şirkəti yükün daşınmasına görə, hər kiloqram üçün 1 dollar müəyyənləşdirib. Sərnişin dərhal “Utair” hava şirkəti ilə əlaqə yaradıb ödəniş haqqını dəqiqləşdirib. Bundan sonra hava limanının əməkdaşlarından ödədiyi vəsaitə görə qəbz tələb edib. Ona bildirilib ki, burada heç kimə qəbz verilmir. Sərnişinin hay-küy saldığını görən əməkdaşlar növbə rəisini çağırıblar. Növbə rəisi sərnişinə deyib ki, onların günahı yoxdur, hava limanının direktoru belə tapşırıq verib. Şifahi tapşırıq belədir ki, daşınan yüklərə görə, heç bir sərnişinə ödədiyi vəsaitin qəbzi verilməməlidir. Növbə rəisi sərnişini sakitləşdirib, ödədiyi artıq vəsaiti qaytarıb və xahiş edib ki, qəbz tələb etməsin. Çünki qəbzdə bir dollar göstəriləcək, bu, ictimaləşdirilsə heç kimdən 6 dollar ala bilməyəcəklər. Çox xahiş minnətdən sonra sərnişin ödədiyi artıq vəsaiti geri alıb və qəbz tələb etməyib.

Şikayətçi sual edir: “Əgər hava limanında Moskva reysi üçün alınan 6 dollar qanunidirsə, niyə onun ödədiyi artıq vəsait geri qatarılıb? Nəyə görə, ona yalvarıblar ki, qəbz tələb etməsin?”

Naxçıvan Beynılxalq Hava Limanının rəhbərliyi illərdir, bu yolla milyonlar qazanıb. Həmin vəsait dövlət büdcəsinə keçirilsə, hava limanının müəyyən xərclərini ödəmək mümkün olar, dövlətdən daha az dotasiya alınar. Dəfələrlə qeyd edtmişdik ki, aidiyyəti orqanlar təcili şəkildə hava limanında yoxlamalara başlamalıdır.

Artıq yoxlamalara başlanılıb. Yəqin ki, yaxın vaxtlarda biz hava limanından həbs xəbərlərini də yayımlayacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO