Subsidiyalarla bağlı ŞAD XƏBƏR

Subsidiyalarla bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: Subsidiyalarla bağlı ŞAD XƏBƏR
618686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Fundamental tədbirlər çərçivəsində əsas məqsədlərdən biri istehsal potensialının gücləndirilməsidir. Məqsəd ixtisaslaşmış rayonlarda məhsuldarlığın artırılmasıdır. Hazırda orta məhsuldarlığın 4 tondan 5 tona çatdırılması hədəflənir ki, bu da istehsal həcminin və özünü təminetmə səviyyəsinin artmasına səbəb olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə  dinləmədə deyib.

“Bu məqsədlərə nail olmaq üçün əlavə subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Müasir suvarma sistemlərinin quraşdırılmasına dəstək davam etdiriləcək, tətbiq mexanizmləri daha da təkmilləşdiriləcək. Torpaq hamarlanması (lazer-mala) işlərinin genişləndirilməsi də nəzərdə tutulur ki, bu da məhsuldarlığa birbaşa təsir edən amillərdəndir.

Eyni zamanda, bu tədbirləri tətbiq edən fermerlər üçün əlavə subsidiya mexanizmlərinin tətbiqi planlaşdırılır. Paralel olaraq seçilmiş rayonlarda meliorativ tədbirlərin gücləndirilməsi və aqrotexniki qulluq işlərinə nəzarətin artırılması nəzərdə tutulur. Bütün bu proseslər öz növbəsində ərzaq təhlükəsizliyinin təminatına, məhsuldarlığın və istehsalın artımına gətirib çıxaracaq” – deyə direktor qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO