Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO

Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO

Hazırda oxunan: Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO
618638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 5-də Azov dənizində PUA hücumu zamanı həlak olan dənizçi, 45 yaşlı Fuad Orucovun nəşi bu gün doğulduğu Xaçmaz rayonuna gətirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, mərhumun cənazəsi əvvəlcə yaşadığı Qobuqırağı kəndindəki evinə aparılıb.

Vida mərasimində rayon rəsmiləri və əməkdaşları, rayon sakinləri, mərhumun qohumları, eləcə də Dövlət Dəniz Limanları Agentliyinin nümayəndələri iştirak edirlər.
 

Dövlət Dəniz Limanları Agentliyi İdarə Heyəti sədrinin müşaviri Habil Abbasov mərhumun ailəsinə başsağlığı verərək bildirib ki, Fuad Orucovun vəfatı ilə yalnız peşəkar dənizçi deyil, həm də yaxın dostunu və tələbəsini itirib.


Doğmaları və ailə üzvləri ilə vida mərasimindən sonra Fuad Orucovun cənazəsi onun doğulduğu Yergüc kəndinə aparılacaq.

Mərhum Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılacaq.



Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 1
Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 2
Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 3
Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 4
Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 5
Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 6
Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 7
Azovda həyatını itirən kapitanla vida mərasimi – FOTO - VİDEO - foto 8

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO