Fermerlərin DİQQƏTİNƏ – Nazirdən mühüm dəyişikliklərin ANONSU

Fermerlərin DİQQƏTİNƏ – Nazirdən mühüm dəyişikliklərin ANONSU

Hazırda oxunan: Fermerlərin DİQQƏTİNƏ – Nazirdən mühüm dəyişikliklərin ANONSU

618679

Aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün “Aqrar sahə haqqında” yeni qanunun hazırlanması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə deyib.

Nazir bildirib ki, bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaqdır:

"Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaqdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO