Tanınmış bloger öz evində vəhşicəsinə öldürüldü

Tanınmış bloger öz evində vəhşicəsinə öldürüldü

Hazırda oxunan: Tanınmış bloger öz evində vəhşicəsinə öldürüldü

618653

Ötən bazar günü tanınmış braziliyalı bloger Alzira Mariya Teodoro Luis Minas-Jerays ştatının Mutum bələdiyyəsindəki öz evində güllələnmiş vəziyyətdə tapılıb.

Bizim.Media xəbər verir ki, kənd təsərrüfatı mövzusunda populyar bloq aparan və "Instagram" ilə "TikTok"da ümumilikdə 70 mindən çox abunəçisi olan 43 yaşlı qadının cəsədi polis əməkdaşları tərəfindən səhər saat doqquz radələrində aşkar edilib.

Alzira yerdə, başından aldığı güllə yarası ilə uzanmış vəziyyətdə olub.

Hərbi polisin versiyasına görə, bloger son ana qədər hadisə şahidlərinin dediyinə görə evə motosikletlə gələn hücumçulardan qaçıb xilas olmağa çalışıb.

Ehtimal olunur ki, cinayətkarlar atəş açan zaman Alzira evin eyvanında olub, güllələrdən biri eyvanın divarına və masaya dəyib. Canını qurtarmağa çalışan qadın otaqların içi ilə qaçaraq binanın arxa tərəfindəki pəncərədən küçəyə çıxmağa ümid edib, lakin məhz orada killer ona çataraq başından (peysər nahiyəsindən) ölümcül zərbəni vurub.
 

Həyəcan təbili çalan qonşular müstəntiqlərə bildiriblər ki, aydın şəkildə 3-4 atəş səsi eşidiblər. Hadisə yerindən kriminalistlər 9 mm kalibrli iki giliz, iki güllə parçası, qurbanın mobil telefonunu və qonaq otağının divarından asılmış pnevmatik tüfəngi götürüblər.


Cinayəti törədən şəxslər hadisə yerindən qaçmağı bacarıblar. Onların motosikletini qonşu Aymores şəhəri istiqamətindəki torpaq yolda yüksək sürətlə hərəkət edərkən görənlər olsa da, nömrə nişanını qeydə almaq mümkün olmayıb.

Minas-Jerays ştatının Mülki Polisinin rəsmi bəyanatında qeyd olunur ki, faktla bağlı genişmiqyaslı qətl araşdırması başladılıb, lakin bu qəddar cinayətin motivləri hələ də tamamilə qaranlıq qalır.

Vəziyyətin faciəvi tərəfi həm də ondadır ki, Alzira qətlə yetirilməmişdən cəmi bir neçə saat əvvəl sosial şəbəkələrdə özünün sonuncu videosunu paylaşmışdı. Bundan əlavə, onun bir müddət əvvəl evinin pəncərəsinin gecə saatlarında naməlum şəxs tərəfindən döyüldüyünü və təqib olunduğunu bildirən video yerləşdirdiyi də məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO