ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI

Hazırda oxunan: ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI
599024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tarixə xronoloji baxanda bir detal dərhal görünür: ABŞ-ın “hədəfli zərbə” strategiyası zamanla texnoloji cəhətdən dəyişib - işğal əməliyyatlarından pilotsuz dron zərbələrinə qədər.

Bizim.Media xronoloji ardıcıllıqla ABŞ əməliyyatları nəticəsində öldürülən və ya devrilməsi ABŞ müdaxiləsi ilə baş verən liderləri təqdim edir.

1989 – Manuel Noriega

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI - foto 1


1989-cu ildə ABŞ “Just Cause” əməliyyatı ilə Panamaya müdaxilə edib. Nəticədə, Prezident Manuel Noriega saxlanılaraq ABŞ-a aparılıb.

O, narkotik qaçaqmalçılığı və digər ittihamlarla ABŞ məhkəməsində mühakimə olunaraq, həbs edilib.

2003 - Səddam Hüseyn

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI - foto 2


ABŞ rəhbərliyində koalisiya qüvvələri 2003-cü ildə İraqa müdaxilə etdi. Səddam Hüseyn devrildi, həmin ilin dekabrında saxlanıldı və 2006-cı ildə İraq məhkəməsinin hökmü ilə edam edildi.

Onun ölümü birbaşa ABŞ tərəfindən həyata keçirilməsə də, hakimiyyətdən uzaqlaşdırılması Vaşinqtonun hərbi müdaxiləsinin nəticəsi idi.

2011 (may) – Osama bin Laden

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI - foto 3


2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat nəticəsində “Əl-Qaidə” lideri öldürüldü.

Əməliyyat Prezident Barak Obama administrasiyası dövründə həyata keçirildi və 11 sentyabr hücumlarına cavab kimi təqdim olundu.

2011 (sentyabr) – Ənvər Əl-Əvlaki

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI - foto 4


Yəməndə ABŞ pilotsuz uçuş aparatı ilə həyata keçirilən zərbə nəticəsində öldürüldü.

Bu hadisə xüsusilə mübahisəli idi, çünki əl-Əvlaki ABŞ vətəndaşı idi və məhkəməsiz hədəfə alınmışdı.

2011 (oktyabr) – Muəmmər Qəddafi

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI - foto 5


Liviya böhranı zamanı NATO qüvvələrinin (ABŞ daxil olmaqla) hava əməliyyatları nəticəsində rejim zəiflədi.

Qəddafi müxalif qüvvələr tərəfindən ələ keçirilib öldürüldü. ABŞ birbaşa qətli törətməsə də, hərbi müdaxilə rejimin süqutunda həlledici rol oynadı.

2026 (yanvar) - Nikolas Maduro

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI - foto 6


Venesuelanın keçmiş prezidenti, ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən 2026-cı il yanvarın 3-də ölkədən “ələ keçirildi” və ABŞ-da həbs edildi.

2026 (fevral) - İran ali lideri Seyyid Əli Xamenei

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI - foto 7


28 fevralda İsrail və ABŞ-nin İrana ani hərbi müdaxiləsi dünyanın əsas gündəminə çevrilib. ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində ölkənin ali rəhbəri Əli Xamenei öldürülüb. Bu məlumat İran Dövlət Televiziyası tərəfindən də təsdiqlənib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO