Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı - FOTO

Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı - FOTO

Hazırda oxunan: Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı - FOTO

598684

Xaricdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus, ümumilikdə 347 qram qızılın paylama üsulu ilə gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 

Bildirilir ki, Şarja-Doha-Bakı aviareyisi ilə gələn 4 nəfər Azərbaycan Respublikası vətəndaşları “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasına cəlb edilib.


Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən, ümumilikdə 300 qram “Pump” markalı qızıl külçələr və 47 qram qızıl qolbaqlar aşkar edilib.

İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasına məxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri və gömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO