Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin SAXLANILDI - VİDEO

Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin SAXLANILDI - VİDEO

Hazırda oxunan: Suraxanıda qonşunun evindən oğurluq edən kirayənişin SAXLANILDI - VİDEO
597255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11 min 500 manat pulu talayaraq ələ keçirib.
 

Suraxanı Rayon Polis İdarəsi 32-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunsurov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.


Araşdırmalar nəticəsində V. Yunsurovun oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO