Füzulidə avtoqəzada xəsarət alanların SON DURUMU

Füzulidə avtoqəzada xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Füzulidə avtoqəzada xəsarət alanların SON DURUMU
596733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Füzuli rayonunda ötən gün bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında xəsarət alanların vəziyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da saat 17:30 radələrində Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi, 2 qadın) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2002-ci il təvəllüdlü kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1981-ci il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, rayonun Kərimbəyli kəndində "QAZel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO