Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO

Hazırda oxunan: Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO
595476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib. Tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən Lənkəran Regional Perinatal Mərkəzinə müraciət edən 1992-ci il təvəllüdlü hamilə qadın 09.02.2026-cı il tarixində tibb müəssisəsinin Doğum şöbəsinə yerləşdirilib.

Bizim.Media xəbər veri ki, pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub.

Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq., boyları isə 40, 41 və 42 sm. olub. Onlardan ikisi oğlan, biri qızdır.

Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirdi - FOTO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO