Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Hazırda oxunan: Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
594323
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar rayonunun Çiləgir kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, məktəbin direktoru Fərid Eldarov mövzu ətrafında çıxış ediblər.

Çıxışlarda radikalizm və ekstremizmin cəmiyyət üçün yaratdığı ciddi təhlükələr ətraflı şəkildə izah olunub.
 

Natiqlər vurğulayıblar ki, milli-mənəvi dəyərlərə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə, hüquqi maarifləndirmə gənclərin radikal çağırışlara qarşı dayanıqlığını artırır.


Tədbir çərçivəsində şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar təqdim olunub.

Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO - foto 1
Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO - foto 2
Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO