Ötən il videomüşahidə kamerasına düşən qəzaların SAYI

Ötən il videomüşahidə kamerasına düşən qəzaların SAYI

Hazırda oxunan: Ötən il videomüşahidə kamerasına düşən qəzaların SAYI
593114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bizim.Media-ya NİİM-dən məlumat verilib.
 

Bildirilib ki, bu qəzaların təhlili göstərib ki, yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir.


Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.

İl ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Həm qəzalarla, həm də nasaz avtomobillərlə bağlı NİİM və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb.
 

Bakıda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 60 küçə və prospekt üzrə svetoforlara 73 min 717 dəfə “yaşıl dalğa” rejimi tətbiq edilib.


Məlumat-sürət portalları vasitəsilə yollarda sıxlıq, təmir işləri, hava şəraiti və qəza halları ilə əlaqədar sürücülər məlumatlandırılıb və təhlükəsizliyi təmin etmək üçün sürət hədləri 63 dəfə endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO